"Qızım üzdə olan insandır" - Mələkxanım nişanlı qızından danışdı

  • 23.06.2020
  • 0

Xalq artisti Mələkxanım Əyyubova rəssam qızı Nəzrin haqqında danışıb. BiG.AZ xəbər verir ki, "Xəzər Maqazin" verilişinə açıqlama verən xalq artisti bildirib ki, qızı əvvəllər çəkilişlərə, onu model kimi vizaj etməyə icazə verməsə də indi artıq özü də üzdə olan insan olduğu üçün razılaşır: "Qızım əvvəllər çəkilişlərə, onu vizaj etməyə razılıq vermirdi. Maşallah saçları təbiidir. Amma indi özü rəssamdır, modelyerdir və üzdə olan insan olduğu üçün razılaşır. Artıq bilir ki, bu onun həyatıdır. Mən uşaqlıqdan o qədər üzərlik yandırmışam ki, öyrəşiblər. Səhərlər duran kimi deyirlər ana, üzərlik yadından çıxıb. Bununla artıq təsəlli tapırıq ki, özümüzü qoruduq”. Qeyd edək ki, xalq artistinin qızı Nəzrin nişanlıdır.