Dostları Fədaya Laçını belə təbrik etdi

  • 03.06.2020
  • 0

Bu gün müğənni Fədaya Laçının doğum günüdür. ''Ölkə.Az'' xəbər verir ki, ifaçının yaxın dostları gecə saatlarında ona sürpriz edərək doğum gününü təbrik ediblər. O həmin anların videosunu ''İnstagram'' hesabında izləyiciləri ilə paylaşıb. Fədaya Laçının pərəstişkarları da təbrikə qoşularaq ona xoş arzular diləyiblər. Xatırladaq ki, ifaçı karantin rejimi ilə əlaqədar Moskvaya gedib və oğlu ilə birlikdə kirayədə yaşayır. Qeyd edək ki Fədaya Laçın 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb.

Nə düşünürsən?