Meşədə 50-yə yaxın təzə “Toyota Camry” tapıldı...

  • 20.05.2020
  • 0

Rusiyanın Çelyabinsk vilayətində - Smolino gölünün yaxınlığındakı meşədə onlarla yeni "Toyota Camry” avtomobili aşkar edilib. Şahidlər təxminən 50 bahalı avtomobil sayıblar. Kortəbii park edilmiş qara biznes-sedanlarının fotoları yerli 74.ru. saytı tərəfindən yayımlanıb. Nəşrin yazdığına görə, avtomobillər təxminən altı ay ərzində ağaclar arasında boş dayanıblar. Onlar əvvəlcə "ŞOS» və "BRİKS” sammitləri, eləcə də digər tədbirlər üçün nəzərdə tutulubmuş. Avtomobillər kiçik konvoylarla sürülərək Çelyabinsk regional reabilitasiya mərkəzinin ərazisində - açıq havaya yerləşdiriliblər. "Toyota”lar büdcəyə 120 milyon rubla başa gəlib. Lakin bu günə qədər təyin olunmuş məqsədlər üçün istifadə edilməyib./Moderator.az

Nə düşünürsən?