"Azərişıq" ASC-dən rəqəmsal transformasiya ilə bağlı daha bir yenilik EDİB. Qurum vətəndaş məmnunluğunu və əlçatanlığı artırmaq üçün SİMA yeni nəsil rəqəmsal imza şirkətinin sisteminə inteqrasiya olunub.. Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza ilə “ASAN Login” sistemi üzərindən “eGov” Elektron Hökumət və ya e-service.azerishiq.az portalına daxil olan vətəndaşlar “Azərişığ”ın “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
Abonentlərə olduğu məkanı tərk etmədən “Azərişığ”ın “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətində enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA vasitəsilə təsdiqləmək imkanı yaradılıb. Növbəti mərhələdə isə əhali istehlakçısının ad dəyişdirilməsi zamanı enerji alqı-satqı müqaviləsinin SİMA ilə təsdiqi mümkün olacaq. Ümumiyyətlə, bu imzanı digərlərindən fərqləndirən bir neçə xüsusiyyət var.
Qeyd edək ki, tətbiq edilən bu rəqəmsal transformasiya ilə abonentlər vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən bu xidmətlərdən yararlana bilərlər.
REAL