Yolda təmir işi aparanlardan nümunəvi addım
83 baxış
Sosial xəbərlər
Heydər Əliyev prospektində təmir işlərinə görə Sabunçu körpüsünə qədər olan hissədə tez-tez tıxac yaranır. Avtosfer.az xəbər verir ki, dünən təmir işləri ilə əlaqədar olaraq yolda hərəkət qismən məhdudlaşdırılıb. Nəticədə sıxlıq yaranıb. Sıxlıqda qalan təcili yardım maşınının köməyinə yolda təmir işləri aparan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gəlib. Onlar yoldakı maneələri götürərək tıxacda qalan təcili yardım avtomobilinə kömək ediblər. Təcili yardım maşını yolun təmir gedən hissəsi ilə hərəkəti davam etdirə bilib. Avtlosfer.az həmin görüntüləri təqdim edir:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.