Yevlax rayonunda iməcilik keçirilib
3 baxış
Sosial xəbərlər
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar şəhər ərazisində təmizlik və abadlıqla bağlı ümumşəhər iməcliyi keçirilib.
Rayon İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməclik bütün şəhəri əhatə edib.
İməclik zamanı kommunal xidmətlər tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib.
Yevlax Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb.
İməclik tədbirləri gün ərzində keçirilib və şəhərin təmizliyinin lazımı səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.