XTQ şəhidi Mustafa Qasımovun doğum günüdür
7 baxış
Sosial xəbərlər
44 günlük zəfər tariximizimizin bizə yaşatdığı qələbədə payı olan qəhrəmanlarımızdan biri də Vətən müharibəsi şəhidi Mustafa Qasımovdur. Mustafa Dadaş oğlu Qasımov 1995-cu il oktyabrın 2-də Tovuz rayonunun Qaralar kəndində hərbiçi ailəsində doğulub. O, 2002–2013-cü illərdə Qaralar kənd ümumi orta məktəbində təhsil alan şəhidimiz , 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən sonra XTQ sıralarında müddətdən artıq hərbi xidmət qulluqçusu kimi ordumuzun sıralarında yer alıb.
Mustafa 44 günlük davam edən Vətən müharibəsində tək özü yox, iki qardaşı ilə birlikdə ilə çiyin-çiyinə vuraşaraq qəhrəmanlıq göstərib. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Lakin o, oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhadətə yüksəlir.
Qeyd edək ki, şəhid Mustafa Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.