Xırdalanda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi
4 829 baxış
Sosial xəbərlər
Xırdalanda yaşayış binasında yanğın olub.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb.
Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.
Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.