Xeyriyyə yarmarkasına hazırlıqlar yekunlaşır
5 baxış
Sosial xəbərlər
Deyirlər ki, əlləri soyuq olan insanların ürəkləri əksinə, isti olur. Heç də təsadüfi olmayaraq “Soyuq əllər, isti ürəklər” adlanan xeyriyyə yarmarkası bu il insanları sevindirməyə davam edəcək.
Ənənə halını alan yarmarka sərt qışın gəlişini bayram etmək üçün vacib hadisədir. Layihə bu il şəhərimizin sakinlərinin və qonaqların görüşünə dekabrın 1-də gələcək və 2018-ci il yanvarın 15-dək davam edəcək. Kiçikdən böyüyüədək hər kəsin səbirsizliklə gözlədiyi xeyriyyə yarmarkasına hazırlıqlar yekunlaşmaq üzrədir.
Bu ilki tədbir miqyasına və çoxsaylı sürprizlərinə görə əvvəlkilərdən fərqli və yaddaqalan olacaq. Burada hər kəs yaxınları və əzizləri üçün Yeni il hədiyyələri ala biləcəklər.
Artıq 5-ci dəfədir keçirilən yarmarkaya qonaq olanlar suvenirlər, kitablar, geyimlər əldə edə, kiçik rahat kafelərdə ətirli qəhvə, isti çay içə, təzə şirniyyatdan və milli yeməklərdən dada biləcəklər. Toplanan vəsait ənənəyə uyğun olaraq, xeyriyyə məqsədilə istifadə ediləcək. Müalicə və əməliyyata ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı ailələrə yardım göstəriləcək. Şəhər sakinləri yarmarkanın başlayacağını günü səbrsizliklə gözləyirlər.
Satışa müxtəlif şirkətlərin məhsulları ilə yanaşı, ötən il olduğu kimi, internat məktəblərinin yetirmələrinin hazırladığı məmulatlar da çıxarılacaq. Yarmarka günlərində keçiriləcək əyləncəli proqramlarda Şaxta baba və Qar qızı, habelə sevimli nağıl qəhrəmanlarını da görmək mümkün olacaq.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.