Vətəndaşlarımız Ağalıya qayıdır
22 baxış
Sosial xəbərlər
Nüfuzlu Əl Cəzirə kanalında Zəngilanın Ağalı kəndinə buranın yerli sakini olan Azərbayacnlıların qayıtması ilə bağlı reportaj yayımlanıb.
Bildirilir ki, Zəngilanın bu kəndi Azərbaycanın işğal altında olan dogər əraziləri kimi 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunaraq dağıdılıb və viran edilib. Lakin 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan öz ərazisindən erməni işğalçılarını çıxararaq tarixi torpaqılarını geri qaytardı və bu gün burada bərpa və quruculuq işləri apaırlır.
İşğaldan azad olunan ərazilərdə yenidən salınan ilk yaşayış məskəni Zəngilanın Ağalı kəndidir. Ağıllı kənd konsepsiyası əsasında yenidən salınan kənddə artıq ilk sakinlər məskunlaşıb. Reportajda qeyd edilir ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatlara baxmayaraq Ağalı sakinləri öz evlərini tərk etmək niyyətində deyillər. Kənddə tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) də tikilib. Burada aptek, mağaza, kafe, mobil operator xidməti də fəaliyyət göstərir. Həmçinin burada yaşayan əhalinin məşğulluğunun da dövlət tərəfindən təmin edildiyi vurğulanıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.