AZ
Video yüklə

Ümummilli lider Şamaxıda anıldı

7 baxış Sosial xəbərlər
Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Şamaxı rayonunda da qeyd olunub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə rəhbərləri və kollektivi, həmçinin rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül dəstələri düzülmüş, ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissəsi burda davam etdirib. İştirakçılar Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və dahi şəxsiyyətin ömür yolunun hər bir azərbaycanlıya örnək olduğunu vurğulayıb. Daha sonra Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında Heydər Əliyevin xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda qədər misilsiz xidmətlərindən bəhs edib.

Digər çıxışçılar da Heydər Əliyevi Azərbaycan xalqının yaddaşında qurucu dövlət xadimi, həmçinin xalqın məhəbbətini qazanan ümimmilli lider kimi daim yaşayacağını bildirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.