Təmas xəttində ruh yüksəkliyi var
63 baxış
Sosial xəbərlər
Gədəbəyin sərhəd kəndlərinin sakinləri: “Düşməndən qorxmuruq!” Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev təmas xəttində yerləşən kəndlərin ağsaqqaları ilə görüşüb. Görüşdə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edib. Gədəbəy RİH başçısı bildirib ki, sərhəd bölgəsində yaşayan sakinlər daim diqqət mərkəzindədir və düşmənlə birbaşa təmasda olan kəndlərdə mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən insanlara qayğı ilə yanaşılmalıdır. İbrahim Mustafayev Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmrinə hazır olan Silahlı Qüvvələrimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib və sakinləri belə həssas bir vaxtda yayılan dezinformasiyalara birmənalı şəkildə inanmamağa çağırıb. Kənd ağsaqqaları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən güclü ordumuza güvəndiklərini və düşməndən qorxmadıqlrını bəyan ediblər.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.