Şəhidin medalı 4 yaşlı oğluna təqdim olundu
14 baxış
Sosial xəbərlər
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Fuad Fərhad oğlu Qafarovun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal noyabrın 24-də Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə onun övladına təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar.
Bildirilib ki, F.Qafarov 1987-ci il iyunun 26-da Xaçmazın Niyazabad kəndində dünyaya göz açıb. 2004-cü ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. 2013-cü ildə öz arzusu ilə yenidən ordu sıralarına yollanan F.Qafarov müddətdən artıq hərbi xidmətə başlayıb. Vətənə şərəflə xidmət edən kiçik çavuş daim öz cəsarəti və igidliyi ilə seçilib.
Aprel döyüşlərinin də fəal iştirakçısı olan Fuad Qafarov bu il fevralın 11-də Tərtər rayonunun Talış kəndində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Çıxışlarda qəhrəmancasına şəhid olmuş Fuad Qafarovun daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.
Daha sonra şəhidin layiq görüldüyü medal onun dörd yaşlı oğlu Fəridə təqdim olunub.
Şəhidin atası Fərhad Qafarov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qalib əsgər kimi şəhid olduğunu söyləyib. Şəhid atası bildirib ki, özü də Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hər an hazırdır.
F.Qafarovun təltif edildiyi medal təqdim olunduqdan sonra tədbir iştirakçıları rayonunun Köhnə Xaçmaz kənd qəbiristanlığında şəhidin məzarını ziyarət ediblər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.