AZ
Video yüklə

Şəhidimizin adına park salındı

4 baxış Sosial xəbərlər
Qubanın Amsarqışlaq kəndində Vətən müharibəsində şəhid olan Mustafayev Ömər Əbdül oğlunun xatirəsi əbədiləşdirilib. Belə ki, rayon icra hakimiyyəti tərəfindən kəndin mərkəzində şəhidin adına park inşa edilib. Bu gün istifadəyə verilən şəhid Ömər parkının açılış mərasimində Quba rayon icra hakimiyyətinin rəhbərliyi, şəhid valideynləri və kənd sakinləri iştirak etdi. Çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışdılar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edildi. Mərasimdə məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirildi.

Daha sonra park ərazisində yerləşən şəhidin xatirə lövləsinin açılışı oldu.

Mərasimdə istirak edən rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyevin sözlərinə görə, ölkənin hər yerində olduğu kimi Qubada da şəhid ailələrinə daim dövlət qayğısı göstərilir. Bundan sonra da hər bir şəhid ailəsi dövlətin diqqətində olacaq.

Qeyd edək ki, 1200 kv metr ərazisi olan parkda sakinlərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Belə ki, park ərazisində söhbətgah inşa edilib, ərazi yaşıllaşdırılıb və müasir işıqlandırma sistemi qurulub. Həmçinin parkda uşaqlar aktarksion quraşdırılıb.

REAL TV

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.