Şəhid mayorumuzun doğum günüdür
16 baxış
Sosial xəbərlər
Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Ələkbərov Fərid Tahir oğludur.
Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə və Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.
Bu gün şəhid Fərid Ələkbərovun doğum günüdür.
Bununla bağlı Bakıda yerləşən H.Əliyev adına Ali Hərbi Məktəbdə şəhid mayor Fərid Ələkbərovun xatirəsini yad etmək məqsədilə “Şəhidlər ölməz vətən bölünməz” mövzusunda anım mərasimi keçirilib.
Tədbiri giriş nitqi ilə H.Əliyev adına Ali Hərbi Məktəbin rəis müavini polkovnik Emin Səfərov açıb. O öz çıxışında şəhid Fərid Ələkbərovun müəllim kimi hərbi məktəbdə fəaliyyətindən söz açaraq, onun peşəkar bir hərbçi , eyni zamanda tələbələrin sevimlisi olduğunu bildirib.
Türkiyədə şəhidin tələbə yoldaşı olmuş, ehtiyatda olan Polkovnik-leytenant Mikayıl Məmmədov Fəridlə birlikdə keçirdiyi tələbəlik illərinin xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Mərasimdə çıxış edən şəhidin qardaşı Rüfət Ələkbərov və anası Şükufə Hüseynova öz xatirələrini, ürək sözlərini və arzularını gənc zabitlərə çatdırıblar.
Daha sonra şəhidin ailə üzvləri, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin nümayəndələri və digər ictimai şəxlər İkinci Fəxri Xiyabanda onun məzarını ziyarət etdilər.
Tədbirdə çıxış edən ilahiyyatçı din xadimi Hacı Surxay Məmmədli 44 günlük Vətən müharibəsində şəhidlərin yüksək məqamından bəhs etdi.
Qeyd edək ki, Ələkbərov Fərid Tahir oğlu 1980-ci ildə Bakı şəhərində anadan olub. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinə qatılılıb.
Murov dağının yüksəkliklərinin alınmasında iştirak edib, Cəbrayıl,Füzuli, Şuşa itiqamətində gedən döyüşlərdə şücaət göstərib. O, 2020 ci il noyabrın 9-da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olaraq, İkinci Fəxri Xiyabanda dəfn olunub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.