AZ
Video yüklə

Şəhid jurnalistin xatirəsi əbədiləşdirildi

1 baxış Sosial xəbərlər
Ötən ilin iyununda kəlbəcərdə minaya düşərək şəhid olan jurnalist Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində şəhidin barelyefi və xatirə lövhəsi qoyulub.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və iş yoldaşları iştirak ediblər.

2021-ci il iyunun 4-də baş vermiş Hadisədə üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

M.İbrahimov ölümündən sonra Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.