Qəbiristanlıqda bitən ömür - Ürək dağlayan görüntülər
7 baxış
Sosial xəbərlər
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində qəbiristanlıqda yaşayan adamın görüntülərinin davamı tamaşaçılara təqdim edilib. İllərdi qəbiristanlığı özünə ev edən Azər Bağırova Space Tv yardım edib. Teleaparıcı Amil Xəlil ilk öncə səhiyyə nazirliyi ilə əlaqə saxlayıb və Bağırov haqqında məlumat verib. Qısa zamanda Təcili yardım gəlir və halsız vəziyyətdə olan Azər Bağırovu xəstəxanaya aparır. 3 gün sonra verilişin çəkiliş heyəti yenidən Azər dayı ilə görüşə gedib. Görüntülər izləyənləri göz yaşına boğub. Xəstə halı ilə Amil Xəlilə yalvarar Azər Bağırovun daha bir istəyi qızına qovuşmaqdır.Amil Xəlilin Azər Bağırovun qızına yazdığı məktub isə vəziyyətin daha gərgin olduğunu göstərib.. "Yaşadığı qəbiristanlıq elə son mənzili ola bilər...Nə qədər ki gec deyil atana sahib çıx..."Qeyd edək ki " Olar? Olmaz!" verilişi həftə içi hər gün saat 19:55 də Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır...
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.