Qarabağın aqrar xəritəsi hazırlanacaq
2 baxış
Sosial xəbərlər
Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur rayonları üzrə xüsusi təhlillər aparıb. Nazirliyin şöbə müdiri Eldar Həsənov bu təhlillərin həmin ərazilər üzrə SSR-nin arxiv materialları əsasında həyata keçirildiyini deyir. Nəticədə istər Zəngilan, istərsə də digər ərazilərin kənd təsərrüfatı potensialı ilkin olaraq proqnozlaşdırılıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün işğaldan azad olunan ərazilər və ümumiyyətlə bütün ölkə üzrə heyvandarlıq sektoru üzrə də planlaşdırma aparılıb.
Ölkənin ərzaq təhlükəsizliyinin təminatında aqroparklar da xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərdə ilk belə aqropark məhz Zəngilan rayonunun ərazisində tikilir. Keçən il Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə təməli qoyulan “DOST Aqropark” müvafiq ixtisaslaşmış sahələri özündə birləşdirir. Bu aqroparkın tərkibinə həm bitkiçilik, həm də heyvandarlıq sektorları daxildir. Artıq sözügedən parkın müəyyən edilmiş və minalardan təmizlənmiş ərazisində payızlıq taxıl əkilib.
Aqroparkda İtaliya və İsrail investrları tərəfindən məşhur masarella pendirinin istehsalı da nəzərdə tutulur.
Qeyd edək ki, ötən il pilot layihə çərçivəsində Laçın və Kəlbəcər rayonlarına arıçılıq və qoyunçuluq təsərrüfatları köçürülüb. Əsas məqsəd torpaqlardan səmərəli istifadə, yaylaqların giobotaniki quruluşunun qorunması üçün görüləcək işlərin müəyyən edilməsi idi. Nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə nəticəsində bu il Şərqi Zəngəzur və Qarabağın müəyyən ərazilərinə pilot layihə çərçivəsində 5000-dək arı ailəsi köçürüləcək.
Bu günə olan məlumata görə artıq 738 fermer subyekti portala müraciət edib. Onlardan 58 qoyunçuluq, 38 arıçılıq təsərrüfatı Kəlbəcər rayonu üzrə, 36 arıçılıq, 41 qoyunçuluq təsərrüfatı isə Laçın rayonu üzrə portala daxil edilməsi üçün siyahıya alınıb. 10,11,12 may tarixlərində ANAMA-nın Göygöl rayon regional bölməsində vətəndaşlara təhlükəsizlik və davranış qaydaları ilə bağlı təlimlər keçiriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.