Prezidentdən Naxçıvanla bağlı 30 milyonluq SƏRƏNCAM
25 baxış
Sosial xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da \"Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. BiG.AZ xəbər verir ki, Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş \"Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 30 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb. big az
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.