AZ
Video yüklə

Lənkəran sakini dəm qazından boğularaq öldü

7 baxış Sosial xəbərlər
Lənkəran sakini dəm qazından boğularaq ölüb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə Lənkəran şəhərində, 2-ci mikrorayon adlanan ərazidə yerləşən 15 saylı binada qeydə alınıb.
Həmin binada yaşayan 1976-cı il təvəllüdlü Məhərrəmov Elnur Sabir oğlu evdə huşsuz vəziyyətdə aşkar edilib. Hadisə ilə bağlı ilkin tibbi yardım stansiyasının əməkdaşları çağırılsa da, o artıq keçinmiş olub. E.Məhərrəmovun dəm qazından boğulduğu müəyyən edilib. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Məlumata görə, E.Məhərrəmov həmin evdə kirayədə yaşayırmış.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.