Yanvarın 12- si Lənkəran şəhəri, Vidadi küçəsi, ev 315 ünvanında yaşayan 1986- cı il təvəllüdlü Quliyeva Gülnarın yaşadığı ünvana qonşusu basqın edib. Hadisə nəticəsində onu və oğlunu döyüblər.
Sonxeber.az xəbər verir ki, hadisə haqqında saytımıza danışan şikayətçi Gülnar xanım ayın 12- si, gecə saat 1 radələrində oğlunun yuyunmaq üçün hamama girdiyini və hadisənin elə bunda sonra yaşandığını bildirib:
" Oğlum yuyunmaq üçün hamama girdi. İsti su gəlmədi. Uşaq hamamdan suyun gəlmədiyinə görə səsləndi. Su qızdırıcı aşağıda, birinci mərtəbədə yerləşdiyi üçün mən həyətə düşüb qazın gəlib-gəlməməsini yoxlamaq istədim. Sonra qızımı çağırıb açarı götürməyini və qaz sayğacını açmaq üçün mənimlə birgə küçəyə çıxmasını dedim. Mən qapıya yaxınlaşanda işıq da sondü. Telefon mağazasında işlədiyimə görə iş telefonu əlimdəydi. İşığı yandırıb qaz sayğacına yaxınlaşanda hasar qonşumu gördüm. Yəni Bəxtiyar və iki oğlu Hafiz və Bəxtiyar küçədə idilər. Elə bu vaxt onlar "hamama kişi salmısan" deyərək üzərimə hücum çəkdirlər".
Şikayətçi bildirir ki, qonşuları ona hücum edəndə oğlu hamamdan sabunlu-sabunlu çıxaraq köməyə gəlib. Bu zaman ata və oğulları qadının oğlunun başından sıxaraq, əyib başına vurublar:
"Mənim də başıma, uzumə və dodağıma yumruqla vurdular. Bəxtiyarın həyat yoldaşı da kənardan izləyirdi. Həmin evdə kirayə qalıram, ev yiyəsi Rusiyada yaşayır. Hucum çəkilən zaman mən "whatsapp" videozəngi ilə ev sahibini görüntülü yığdım. Həmin an Bəxtiyar zorla telefonu əlimdən alıb öz gödəkcəsində gizlətdi".
Şikayətçi hadisənin qəsdən quraşdırılaraq törədildiyini bildirib.
Qadının dediyinə görə qonşuları bəhanə ilə ona "səs gəlir bizi narahat edir, hamama saldığın özgə kişidir" deyərək şər atıb. Zərər çəkmiş qadın hadisəni bəhanə kimi dəyərləndirib. Qadın bəlkə də qonşularının evin sahibi ilə və yaxud da hansısa münaqişə zəminində belə hərəkət etiyini açıqlayıb:
"Qazı söndürdülər ki, mən küçəyə çıxım, məni döysünlər. Məni hətta evi yandırmaqla hədələdilər. Uşaqların səs -küy edən uşaqlar deyil. Hamısı bəhanələrdir".
Polisə müraciət etdiyini deyən zərərçəkən qadın, 1 ay tamam olandan sonra işə baxılacaqlarını bildirib. Zərərçəkən qadın əlindən alınan telefonda isə içərisində böyük məbləğdə sənədlərin olduğunu açıqlayıb.