AZ
Video yüklə

FHN tərəfindən dezinfeksiya işləri davam etdirilir

372 baxış Sosial xəbərlər
Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir. XəzərXəbər xəbər verir ki, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir. Belə ki, Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir. Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.