Fərqli qoz təşviş yaratdı
6 211 baxış
Sosial xəbərlər
Öz bağında, özü qulluq edərək yetişdirdiyi ağacın meyvəsi ev sahibini mat-məəttəl qoyub. Səbəb isə qozun qoz boyda olmamasıdır. Həddindən artıq iri yetişən qozlar İsmayıllı sakinini sevindirmək əvəzinə təşvişə salıb. Bağ sahibi çarəni mütəxəssislərə müraciət etməkdə görüb.
İsmayıllı sakini Atlas Əzimova həyətyanı sahəsində 25 ilə qədərdir ki , eyni qoz ağacından qoz yığır. Amma bu il yığdığı qozlar onu əməlli-başlı çaş -baş salıb. Qozların bəziləri digərlərindən xeyli böyük, təxminən şaftalı meyvəsi boydadır. Təəccübünü qonşuları ilə də bölüşən Atlas Əzimova yeməli olub-olmadığını bilmədiyindən yığdığı 200 kq qozu satmağa çəkinir. Mütəxəssislərsə bunu havaların şaxtalı keçməsinin tozlanma prosesinə təsiri ilə izah edir. Lakin bu qozun keyfiyyətinə təsir göstəmir. Ağacın növbəti illərdə də məhz bu cür bar gətirəcəyinə gəlincə, mütəxəssisisin fikrincə bu hal bir də təkrarlanmayacaq. Və həmin iri qozlar əkilsə belə köhnə qaydada bar verən ağac yetişəcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.