AZ
Video yüklə

Əkin sahələrində yay şumu başlayıb

7 baxış Sosial xəbərlər
Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində aqrotexniki əməliyatların vaxtında və düzgün aprılması, həmçinin məhsul yığımından dərhal sonra torpağın növbəti əkin üçün hazırlanması məhsuldarlığı artırır. Məhz bu səbəbdən fermerlərimiz bu il də biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərir. Hazırda bölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumunun aparılması prosesi davam edir. Yay şumunun əhəmiyyəti və üstünlükləri barədə fermerlərin maarifləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) “Yay şumunun aparılması və təkrar əkin” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Tərtər Bölgə Təcrübə Stansiyası, Bərdə Regional Təlim Mərkəzinin nümayəndələri, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlər və bu rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Bundan başqa, yay şumunun becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var. Yay şumu torpağn strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir. Mütəxəssislər yay şumundan sonra sahələrdə təkrar əkin aparılmasını tövsiyə edir.

Fermerlər də məhsul yığımından sonra növbəti əkinə hazırlığa dərhal başlanmalısının faydalı olduğunu deyir.

Mütəxəssislər sahələrdən bol məhsul götürülməsində iki amilin önəmli rol oynadığını vurğulayır. Onların fikrincə, əkin materialı kimi sertifikatlı toxumdan istifadə edilməsi və sahələrə düzgün aqrotexniki qulluq məhsuldarlığı artırır.

Qeyd edək ki, fermerlər mövcud iqlim dəyişikliyi və su çatışmazlığı şəraitində təklif edilən texnologiyaya böyük maraq göstəriblər. Tədbirdə yay şumunun aparılması ilə təkrar qarğıdalı səpininin həyata keçirilməsi fermerlərə əyani şəkildə göstərilib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.