Daha bir şəhidimizin doğum günüdür...
14 baxış
Sosial xəbərlər
Bu gün vətən müharibəsi şəhidi Aqşin Novruzovun ad günüdür. Yaşasaydı 23 yaşı olacaqdı. Əzizlərinin sözlərinə görə ən sevdiyi rəqəm elə 23 idi. Bəlkə ruhən hiss edirdi 23 rəqəminin müqəddəsliyin. Bu yaşından etibarən cənnətdə ilk yaşını qeyd edəcəyi agah idi bəlkə də.
Nur üzlü şəhidimiz Aqşin Novruzov Bakı şəhərində dünyaya gəlib. Ali təhsilini Əmək və Sosial münasibətlər Akademiyasında alan Aqşin 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Vətən müharibəsinin ilk günlərində ayağından yaralanan Aqşin müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılır. Topçu olaraq bir neçə düşmən briqadasını məhv edir. 13 oktyabrda Kəlbəcər istiqamətində gedən döyüşdə qəhramancasına həlak olaraq şəhidlik zirvəsinə ucalır.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunması" medalları ilə təltif olunub
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.