AZ
Video yüklə

“COVID-19”da mənfi dinamika

180 baxış Sosial xəbərlər
Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayında qeydə alınan artımın 4 rəqəmli ədədlərlə müşahidə edilməsi ciddi narahatlıq doğurur.

Aydındır ki, yumşalma tədbirlərindən sonra insanlar arasında təmasların artması, eləcə də, qaydalara tam şəkildə əməl olunmaması yoluxma sayını birə beş artırıb. Bu isə onu deməyə əsas verir ki, hazırda cəmiyyətdə yoluxma potensialı yüksək olaraq qalmaqdadır.

Xəstəliklə mübarizə tədbirlərinə diqqət çəkən millət vəkili Müşfiq Məmmədli bildirir ki, COVİD-19 və onun mutasiyaya uğramış təhlükəli növlərindən qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Digər tərəfdən, vaksinasiyanın əhəmiyyəti və vacibliyindən danışarkən, son günlər peyvənd məntəqələrində müşahidə olunan sıxlığı xatırlatmasaq olmazdı. Yaranmış vəziyyətə münasibət bildirən millət vəkili Müşfiq Məmmədli isə deyir ki, paytaxtda və bölgələrdə peyvənd məntəqələrinin artırılması ilə yanaşı, yaxşı olardı ki, dünya təcrübəsindən də istifadə olunsun.

Mahiyyət etibarilə, yoluxma sayında artım onu göstərir ki, hələ də əhali arasında virusa qarşı kütləvi immun formalaşmayıb. Ona görə də tövsiyə olunur ki, qorunma qaydalarına ciddi əməl etməklə, insanlarımız vaksinasiya prosesində daha aktiv iştirak etsinlər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.