Bu uşaq Bakıda məktəbi bir-birinə qatdı
2 162 baxış
Sosial xəbərlər
Nəsimi rayonu14 saylı tam orta məktəbin “3-Ç” sinfinin valideynləri 3 gündür ki, uşaqlarını dərsə göndərmir. Bu barədə onlar “Qafqazinfo”ya müraciət ediblər.
“Qafqazinfo” əməkdaşları sözügedən məktəbdə olub və valideynlərin şikayətlərini dinləyib. Məlum olub ki, onlar şagird Sadıqzadə Məhəmmədhəsənin “3E” sinfindən “3Ç” sinfinə keçirilməsinə etiraz edir.
Valideynlər övladlarının Məhəmmədhəsənlə birgə təhsil almasını istəmir.
Valideyn Ruhiyyə Mövsümova bildirir ki, Məhəmmədhəsən əvvəl“3E” sinfində təhsil alıb: “Həmin sinifdə sinif yoldaşlarına qarşı yaxşı davranmadığı üçün valideynlərin şikayəti əsasında bizim uşaqların sinfinə keçirilib. Biz də istəmirik ki, o uşaq bu sinifdə oxusun. Çünki övladlarımızın tərbiyəsini pozur. O, dərsin gedişinə mane olur, şagirdlər üçün təhlükəli vəziyyət yaradır. Bir andaca kimisə yumruqlaya, cırmıqlaya bilər. Çantasında kəsici iti alətlər gəzdirir”
Valideynlər həmçinin Məhəmmədhəsənin ata-anası ilə danışa bilmədiklərini vurğulayırlar: “Həmin qadına yaxın getmək olmur. İndi də polisə müraciət edib ki, guya, biz valideynlər ona xəsarət yetirmişik. Səhər polis gəlib bizdən ifadə aldı. Direktor da deyir ki, uşağın o sinifdə oturmaq haqqı var. Biz oturub gözləməliyik ki, sabah uşaqlarımızın başına hansısa hadisə gəlsin?
Uşaq oğlanlara öyrədir ki, gəlin siqarət çəkək. Özüylə dərsə alışqan gətirir və deyir ki, hər yeri yandıracaq. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir”.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə Muradova “Qafqazinfo”ya açıqlamasında məsələdən xəbərdar olduqlarını və problemin məktəbdə 3 gündür ki, davam etdiyini qeyd edib: ““3-E” sinfinin valideynləri Sadıqzadə Məhəmmədhəsənlə bağlı direktora şikayət edib. Şikayət əsasında direktor şagirdi “3-Ç” sinfinə keçirib. İndi də bu sinfin valideynləri şagird gedib dərsdə oturmamış ona etiraz edirlər.
Buna bizim qanun yol vermir. Hansısa nalayiq hərəkətləri etmək üçün zaman lazımdır. Baş İdarə də bu işdən xəbərdardır. Hələ ki sinifdə heç bir hadisə baş verməyib. Ona görə də etiraz edən valideynlər haqsızdırlar.
Müəllim hazırda tək uşağa dərs keçir, qalan şagirdlər dərsə gəlmir. “3-E” sinfinin valideynləri şikayətlərində bildirmişdi ki, Məhəmmədhəsən şagird vurub. Direktorla Sadıqzadə Məhəmmədhəsənin valideyni arasında da heç bir sövdələşmə olmayıb”.
Sözügedən şagirdin anası da məktəbdə olsa da, o saytımıza açıqlama verməkdən imtina edib və məsələnin polis tərəfindən araşdırıldığını bildirib.
Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsi də “Qafqazinfo”nun sorğusunu cavablandırıb.
Cavabda bildirilir ki, 14 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, rus bölməsinin 3-E sinif şagirdi Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun davranışı ilə bağlı problem yaranıb. Məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-Ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-Ç sinfində oxumasına narazılıqlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3-Ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.