Bir daşa da ziyan dəyməməlidir - Mehriban Əliyeva

  • 27.04.2019
  • 0

"İçərişəhər Azərbaycan üçün, bütün vətəndaşlarımız üçün çox doğma və əzizdir. Doğma Bakımızın ürəyidir və doğrudan da çox tarixi-mədəni abidədir".

Intime.az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruq İdarəsində aparılan işlərlə tanışlıq zamanı bildirib.

M. Əliyeva İçərişəhərin UNESCO-nun qara siyahısına salındığı vaxtları xatırladığını qeyd edib: 

“Çünki, burda bərpa işləri aparılmırdı, qanunlara zidd hərəkətlər olurdu. O zaman məhz prezidentin göstərişi ilə İçərişəhərdə bir çox bərpa, yenidənqurma işləri aparıldı. İçərişəhərin sakinləri, sahibkarların məramlarını nəzərə alaraq, İçərişəhərin hər bir binasına, hər bir daşına dövlət tərəfindən böyük diqqətlə yanaşıldı”.

Nə düşünürsən?