AZ
Video yüklə

Bakıda zavodda partlayış olub, ölən və yaralanan var

4 217 baxış Sosial xəbərlər
Bu gün Bakının Qaradağ rayonunda baş vermiş partlayışda ölən şəxsin kimliyi müəyyənləşib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alüminium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.