AZ
Video yüklə

Bakıda veloyürüş keçirildi

8 baxış Sosial xəbərlər
Bakıda BMT-nin Bakı ofisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib. Veloyürüşdə BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusların nümayəndələri, velo idmanı həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.