Bakıda saxta "botoks" satanlar tutuldu

  • 30.11.2017
  • 0

Son zamanlar bir sıra həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpa olunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, məişətdə "botoks" kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olan çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat tədbirləri keçirilib. Xezerxeber.az-ın məlumatına görə, nəticədə saxta "botoks" vasitələri, kosmetik preparatların istehsalı, satışı ilə məşğul olan şirkətlər ifşa olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində Akif Saqiyevin təsisçisi olduğu və faktiki rəhbərlik etdiyi "Hayal Estetika və Məsləhətçilik" MMC-yə məxsus ofisdə mənşəyi məlum olmayan 113 ədəd həb preparatları, dərman həblərinin etiketləri,13 mın 337 manat, 2 mın 355 dollar, 127 avro məbləğində nağd pul vəsaiti aşkar edilib. Həmin MMC-də menecer vəzifəsində işləyən Süleymanova Gülnarə Təhməz qızının avtomobilndən də xeyli sayda müxtəlif növ dərmanlar aşkar edilərək götürülüb. Bundan başqa İrina Rzayevanın təsisçisi olduğu "Bioderm" MMC-nin dərman preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat yoxlanılarkən cəmiyyətə faktiki rəhbərlik edən Aqil Məhərrəmli dövlət qeydiyyatından keçməyən və ümumi dəyəri 2 min 80 manat təşkil edən 13 ədəd dərman preparatını Emin Mirzəyevə satarkən yaxalanıb. Həmin şirkətə məxsus ofisə baxış keçirilərkən soyuducuda dövlət qeydiyyatından keçməyən daha bir neçə dərman preparatı aşkar olunaraq götürülüb. Qeyd edilən faktlarla məhkəmənin qərarları ilə Akif Saqiyev barəsində həbs, Aqil Məhərrəmli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Nə düşünürsən?