AZ
Video yüklə

Bakı avtovağzalında sərnişin sıxlığı yaşanır

6 baxış Sosial xəbərlər
Yeni il bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal həmçinin , 56 avtovağzal və avtostansiya kompleksi gücləndirilmiş iş rejiminə keçib.

Sərnişin axınını nəzərə alan Bakı Avtovağzal kompleksi bölgələrə hərəkət edəcək avtobusların sayında da artımlar edib.

Belə ki, normal rejimdə BBAK-dən gün ərzində 72 istiqamət üzrə 180avtobus xəttə buraxılırdısa, indi bu rəqəm 350-400 ədəd təşkil edəcək.

Qurumdan verilən məlumata görə, bayram günü ilə əlaqədar gün ərzində 10000-ə yaxın sərnişinin daşınacağı gözlənilir. Onu da bildirək ki, ən çox axının Gəncə, Lənkəaran, Şirvan, Şəki, Qax, Zaqatala, Quba istiqamətinə təşkil olunacağı bildirilir.

Yeni il bayramını bölgələrdə keçirmək istəyən vətəndaşlar artıq bu gündən Bakı Beynəlxalq Avtovağzal Kompleksinə üz tutublar. Bayramla əlaqədar gücləndrilmiş iş rejiminə keçən avtovağzalda kifayət qədər sərnişini də müşahidə etmək mümkündür.

Qeyd edək ki, yeni il bayramı ilə bağlı ölkədə tətbiq edilən qeyri iş günləri əlaqədar artıq bir çox dövlət qurumları gücləndirilmiş iş rejiminə keçib. Onu da bildirək ki, dekabrın 31 i, yanvarın 1,2,3 və 4ü ölkədə qeyri iş günləri hesab olunur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.