AZ
Video yüklə

Azərbaycanlı həkim Nobel adına medal aldı

38 baxış Sosial xəbərlər
Rusiyada işləyən azərbaycanlı gənc cərrah mədəaltı vəzin kəskin iltihabının yeni müalicə metodunu kəşf edib. Və buna görə də nüfuzlu mükafata – Alfred Nobel adına medala layiq görülüb. Rastgəlmə tezliyinə görə, pankreatit appendesit və xolesistdən sonra üçüncü yeri tutur. Pankreatitin müalicə üsulları çox olsa da, xəstəlikdən ölüm hallarının sayı azalmır. Buna görə də Ceyhun Babayev 1993-cü ildən sonra bu istiqamətdə mövcud materialları tədqiq etməyə başlaıb. Nəticədə müalicənin yeni yolunu hazırlayıb.
Ceyhun Babayev 2010-cu ildən etibarən Rusiyanın İjevsk şəhərində bu metodu uğurla tətbiq edir. Dörd ildən sonra cərrah bu kəşfinə görə patent əldə edib. Mövzu ilə bağlı dissertasiya müdafiəsindən sonra Ceyhun Babayev tibb elmləri namizədi olub. İndi isə istedadlı həkim Alfred Nobel adına medalla təltif olunub.
Alfred Nobel adına medal müxtəlif sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislərə təqdim olubdur. Cərrah həmçinin Rusiya Təbii Elmlər Akademiyasının professoru diplomunu da alıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.