AZ
Video yüklə

Azərbaycanlı girov erməni əsirliyindən azad edildi

5 baxış Sosial xəbərlər
Bu il mart ayının 16-da Qazax istiqamətində Ermənistan hərbçiləri tərəfindən girov götürülən, Qazaxın Yuxarı Salahlı kənd sakini Elvin İbrahimov bu gün geri qaytarılıb.

O, erməni kəşfiyyatçı Karapetyan Zaven Avanesoviç ilə dəyişdirilib.

3 ay yarımdır düşmən tərəfindən əsir saxlanılan Qazax rayon Yuxarı Salahlı kənd sakini 33 yaşlı Elvin İbrahimov erməni kəşfiyyatçı Karapetyan Zaven Avanesoviç ilə dəyişdirilib.

Elvin İbrahimov Qazax Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Elvin dərhal həkim nəzarətinə götürülüb.

O, ermənistanda iki dəfə mədəsindən əməliyyat edilib, ayağına isə Yelizarov aparatı yerləşdirilib.

Elvinlə yalnız ailə üzvləri görüşə bilib.

O,vəziyyəti barədə anasına danışıb.

Əsirlikdən qayıdan gəncin 6 yaşında bir oğul övladı da var.

Elvinin düşmən kəşfiyaytçısı ilə dəyişdirilmə prosesi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.