Azərbaycanın xalq artisti Fuad Poladov vəfat etdi

  • 05.05.2018
  • 0

Xalq artisti Fuad Poladov dünyasını dəyişib.


Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladov vəfat edib.


Yenicag.az xəbər verir ki, xalq artistinin xanımı saytımıza verdiyi açıqlamada göz yaşları içində onun gecə saat 00:30 radələrində dünyasını dəyişdiyini bildirib. Fuad Poladov uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Mərhumla vida məraisimi bu gün evində, Babək prospekti 10 ünvanında keçiriləcək. Fuad Poladov Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.


Allah rəhmət eləsin!


Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.

 

Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib[2]. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olub. 2015-ci ildə “Aktrisa” filminə görə “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb.

Nə düşünürsən?