Azərbaycanda bu tarixdən hava kəskin dəyişir

  • 25.04.2023
  • 0

Azərbaycanın rayonlarında aprelin 26-sı gündüzdən 27-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

  Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərq küləyi 27-də bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Nə düşünürsən?