Azad olunmuş Qarabağ bərpa edilir
9 baxış
Sosial xəbərlər
İşğaldan azad olunmuş ərazilərdəki mövcud mənzərə heç də ürəkaçan deyil. 30 il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhər və kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlı şəkildə dağıdılıb. Erməni vəhşilikləri sayəsində minlərlə insanın məskəni olmuş yerlər indi dağıntılar içindədir.
Erməni barbarlığının qurbanı olmuş bütün ərazilərdə misli görünməmiş vandalizm həyata keçirilib. Abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib. Məscid və ibadət evlərində heyvan saxlamaqla azərbaycanlılara, o cümlədən müsəlman aləminə qarşı nifrət sərgilənib.
Minalar səbəbindən keçmiş məcburi köçkünlərin həmin torpaqlara geri qaytarılması da mümkün deyil. Əfsuslar olsun ki, indiyədək yüzlərlə insan həlak olub və ya ağır yaralanıb. Sözsüz ki, ərazilərin minalardan təmizlənməsi böyük təcrübə və texniki imkanlar tələb edir.
Bu gün Azərbaycan dövləti qarşısında böyük çağırışlar dayanır. Qalib dövlət müharibədən sonra yalnız öz gücünə şəhər və kəndləri, tarixi-dini abidələri bərpa edir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları artıq geniş tikinti-quruculuq meydanına çevrilib. İşğaldan azad olunan torpaqlarımızda yol, enerji infrastrukturu yenidən qurulur, elektrik və su xətləri çəkilir, müasir yaşayış kompleksləri tikilir.
Hazırda sözügedən torpaqlarda bərpa olunan enerji növləri və yerləri də müəyyənləşdirilir.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.