“ARAZ” MARKETLƏRDƏ QİYMƏT ARTIMI

  • 01.04.2020
  • 0

“Dünən guya, fövqalədə vəziyyət elan olunub. Marketlər də qiymətləri qaldırıblar. Axşam Nizami rayonunda “Star” komleksin yanında yerləşən “Araz” marektə getdim. Hər gün həmin marektdən evə ərzaq və eyni zamanda “Milla” südü alıram. Əvvəl 3,5%-lik “Milla” südünü 1.80 qəpiyə, 2,5%-lik südü isə 1.45-ə alırdım. Dünən axşam isə 2.5%-lik südü 2 manat 15 qəpiyə aldım. Yumurta 4 manat 55 qəpik olub. Uşaq yeməyi olan “Cici bəbə” 2 manat 39 qəpikdən 2 manat 45 qəpiyə qalxıb. Nəyi sadalayım? Hər şey bahalaşıb. Saçaqlı pendir 1manat 89 qəpikdən 3 manat 20 qəpiyə qalxıb. Bunun virusa dəxli var? Ərzaq mallarının qiymətini qaldırıb, vəziyyətdən istifadə edirlər”.

7news.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə oxuculardan biri şikayət edib.

Şikayətçi prezident İlham Əliyevə müraciət edib: “Mən bir vətəndaş kimi xahiş edirəm, qiymətlərə nəzarət edən qurumlar marektlərdə ərzağın qiymətinə nəzarət etsinlər. Onsuz da hər gün ərzağın 1 kiloqramının qiyməti 10  qəpiyədək qalxır. Bunu kasıb təbəqə görür. Varlı təbəqə isə heç qiymətlərin qalxmasına baxmır. Cənab prezident, xahiş edirəm, qiymətlərin qalxmasının qarşısı alınsın”.

Nə düşünürsən?