ABŞ-ın FOX telekanalında yayımlanan “The Cleaning Lady” (Xadimə) adlı serialın üçüncü bölümündə Azərbaycana qarşı təxribata yol verilib.
Sözügedən bölümdə iki erməni ailəsinin toyu nümayiş etdirilib. Baş rol ifaçılarından biri bunları deyib:
“Xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik”.
Maraqlıdır ki, bu epizod Azərbaycanın “Vağzalı” və “Heyvagülü” mahnılarına bənzər melodiyarla müşayiət edilib.