62 şəhidin xatirəsi əbədiləşdirildi
10 baxış
Sosial xəbərlər
Qubada şəhidlərin xatirəsini əbəbdiləşdirmək istiqamətində ilə silsilə tədbirlər davam etdirilir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən şəhərin ən böyük küçələrindən olan Vaqif prospektində 62 şəhidin plakatı işıq dirəklərinə bərkidilib.
Həmçinin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq yürüş təşkil edildi. Rayon rəhbərliyi, hüquq-mühafizə orqanları əməkdaşları, şəhid ailələri və ictimaiyət nümayəndələrinin iştirak etdiyi yürüşdə iştirakçılar 4 km yolu piyada qət edərək, şəhidlər xiyabanı ziyarət etdilər. Şəhidlərin məzarı ruhuna dualar oxundu, məzarları önünə tər güllər düzüldü.
Rayon rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirən şəhid valideynləri bu nümunəvi addımın onları çox qürurlandırdığını bildirirlər. Onlar hesab edir ki, bu canını vətənə fəda edən qəhrəmanlara dövlətin böyük dəyəridir.
Şəhidlər xiyabanın təşkil edilən tədbirdə çıxış edənlər 2020-ci ilin sentyabr ayının 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışdılar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edildi. Bildirildi ki, bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.