AZ
Video yüklə

46 Laçınlı evinə geri dönür

6 baxış Sosial xəbərlər
Böyük qayıdış layihəsi çərçiəsində , Laçına köçün növbəti mərhələsi reallaşdı.Bu mərhələdə 13 ailə yəni 46 sakin öz dədə baba yurduna qayıtdı .

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.

Evinə qayıdan sakinlər , onlara yaradılan şəraitə görə Ali baş komandan İlham Əliyevə, Azərbaycan ordusuna minnətdarlıqlarını bildirdilər.

31 ildir vətən həsrəti çəkən sakinlərdən biridə Rəfiqə nənə idi. Bu gün o da qayıdır. Təmiz havasına, saf suyuna həsrət qaldığı yurduna, bərəkətli torpağına qayıdır Rəfiqə nənə.

Əzəli Laçın sakini nəvə-nəticəsini başına toplayıb illərlə arzuladığı xəyallarını gerçəkləşdirəcək Laçında

Qeyd edək ki, Laçın 1992-ci ildə erməni seperatçıları tərəfindən işğal edilib, 44 günlük vətən müharibəsindən sonra dekabrın 1-də Laçın əzəli və əbədi sahiblərinə geri qaytarılıb.

Uzun illər düşmən tapdağında qalan Laçın torpağı , bu gün öz sakinləri ilə abadlaşır, çiçəklənir.Həkəri çay indi daha coşqun axır.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.