AZ
Video yüklə

30 il sonra yenidən Şuşada...

59 baxış Sosial xəbərlər
30 il idi onlar bu günü yuxularında görür, xəyallarında canlandırırdılar. Amma bu gün real olaraq Şuşaya ayaq basdılar. Şuşalılar öz dogma şəhərlərinə sevinc göz yaşları ilə qədəm qoydular:

Qeyd edək ki, bu gün 52 nəfər Şuşa sakini doğma şəhərlərinə səfər etdi. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə yaşlı nəslin nümayəndələri, ziyalılar və Qarabağ qaziləri iştirak etdi.

Şəhəri ziyarətdən sonra Şuşalılar məşhur Cıdır düzünə baş çəkdi. Onlar doğma diyarın tezliklə yenidən sevincli günlərə dönəcəyini bildirir:

Daha sonra Yuxarı Gövhər Ağa məscidini ziyarət edən Şuşa sakinləri 30 ildən sonra müqəddəs ocaqda namaz qılıb dualar etdilər:

Qədim Qala divarlarını Gəncə qapısını ziyarət edən Şuşa sakinləri böyük qələbəmizin sevincini bir daha yaşadı. Səfər çərçivəsində onlar öz evlərini də ziyarət etmək imkanı qazandı.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.