25 yaşlı Vətən Müharibəsi Qəhrəmanımız
13 baxış
Sosial xəbərlər
Cəlilabada gəlişimiz səbəbsiz deyil. Yaşı az amma xidməti böyük olan qəhrəmanla söhbətləşməyə gedirik.
O, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri olub və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən 83 nəfərdən 1-idir.
Bəli, kadrda gördüyünüz şəxs odur. Qəzənfər Ağayev. 25 yaşı var. 13 oktyabr 1996-cı ildə Cəlilabadın Təklə kəndində doğulub.
Döyüşçünü Mir Şahinin təqdimatında yayımlanan "Azadlığın ad günü" filmindən tanıyırıq.
Onun vətənə, hərbiyə sevgisi genetikasından irəli gəlir. Uşaq yaşlarından yaranan bu istəyi onun hərbçi kimi xidmətə başlamasına vəsilə olur.
Heydər Əliyev adına Ali Hərbi Məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirən Qəzənfər 2017-ci ildən etibarən vətənin keşiyində, xalqın xidmətindədir.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantdır. Ailəlidir, Vətən Müharibəsindən 2 gün öncə 1 qız övladı doğulub.
Qəzənfər üçün hərbçi olmaq sənət deyil, həyat tərzi, sevgidir.
44 günlük döyüşlərin örnək hərbçilərindən olan komandir Ağayev xidməti ilə nümunəvi olmağı bacarıb.
"Vətən Müharibəsi Qəhrəmanı", Suqovuşanın, Ağdamın, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunsa da o döyüşlərə qatılarkən bunların arzusu ilə canını vətən yoluna qoymayıb.
Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarət görə yaranan xəstəlik səbəbindən hazırda ordu sıralarında tərxis olunma müddətindədir.
Qəhrəman oğul böyütmək elə qəhrəmanlıqdır. Bu da valideynə qürur və başucalığı gətirir.
Qəzənfər tək valideynlərinin yox bütün Azərbaycan xalqının qürur mənbəyi və dövlətinin nümunəvi əsgəridir. Həmişə adın kimi qüvvətli, güclü olasan cənab baş leytenat!

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.