Zəngilan yenidən qurulur
3 baxış
Son xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilana səfər etməsi və prezidentin orda bir sıra təməlqoyma mərasimlərində iştirak etməsi təsadüfi deyil. Prezidentin hədəfi azad olunan əraziləri cənnətə çevirməkdir. Həm də nəzərə alsaq ki, bu gün Zəngilanın işğaldan azad olmasından iki il ötür, bu müddət ərzində şəhərdə xeyli genişmiqyaslı işlər həyata keçirilib. Prezident də səfər çərçivəsində ilk yaşayış binasının və məktəb binalarının təməlini qoyub.
Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib. Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniya şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Prezident İlham Əliyev Stansiyanı işə salıb.
Bütün bu quruculuq işləri şəhərin təsdiq edilən Baş planına uyğun aparılır.
Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə zəngin olan Çinarlı Zəngilan baş plan əsasında yaşıllıq zonasına da çevriləcək. İşğal dövründə Zəngilanın ekosisteminə vurulan zərəri aradan qaldırmaq məqsədilə rayon ərazisində indiyədək 2 min çinar ağacı və mina kiloqrama yaxın palıd toxumu əkilib.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.