Xocalı qətliamı Goranboyda anılıb
28 baxış
Son xəbərlər
Ağcakənddəki faciə qurbanlarının abidəsi ziyarət olunub
Goranboy rayonu xocalıların ən sıx yaşadığı yaşayış massivlərindən biridir. Faciənin 29-cu ildönümü ilə bağlı rayonda xocalıların yaşadığı qəsəbədə ucaldılan abidə, sonra isə rayonun Ağcakənd qəsəbəsində Xocalı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət edilib.
Anım mərasimində Goranboy və Xocalı rayon İcra Hakimiyyəti rəsmiləri də qatılıb. Burada yaşayan Xocalı sakinləri 29 il əvvəl yaşadıqları faciəni xatırlayıblar.
Bu insanların əksəriyyəti faciə günü yaxınlarını itirən sakinlərdəndir.
Rəsmi statistikaya görə, hazırda Ağcakənd qəsəbəsi də daxil olmaqla Goranboy rayonunda ümumilikdə 3 min 193 nəfər Xocalıdan olan sakin yaşayır.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.