AZ
Video yüklə

"Xətai" stansiyasında təmir nə vaxt bitəcək?

17 baxış Son xəbərlər
Metronun xətai stansiyasında təmir işlərinin 50 % -i yekunlaşıb. İstismar müddətini başa vuran 3 eskalatorun yerində 4-ü olacaq.

"Ölkə.Az" Xezerxeber-ə istinadən xəbər verir ki, stansiyanın nəzərdə tutulan vaxtdan daha tez açılması gözlənilir.



Metronun "Xətai" Stansiyanın, nəzərdə tutulan vaxtdan daha tez açılması gözlənilir



Stansiyada 50 illik istismar müddətini başa vuran köhnə eskalatorların əvəzinə yeniləri quraşdırılıb. Digər metrostansiyalardan fərqli olaraq, burda eskalatorların uzunluğu 100 metrə yaxın olacaq.

Bununla yanaşı stansiyada sökülən ağac şpalların əvəzinə dəmir beton bloklar qurraşdırılacaq.Vestibüldə mərmər örtüyünün vurulmasına başlanılıb .



Eləcə də stansiya avadanlıqlarının yenilənməsi, müasir yanğından mühafizə sistemləri və videomüşahidə şəbəkəsinin qurulması istiqamətində işlər aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.