XANKƏNDİNDƏ YENƏ ARA QARIŞDI - Rus qoşunları çıxarılmalıdır

  • 08.05.2021
  • 0

"Lavrovdan Şuşaya “İskəndər- M” raketlərinin atılması, Ermənistan ordusunun qalıqlarının Qarabağda qalmasının səbəbi soruşulmalıdır” “Yol- nəqliyyat infrasturukturu açılmayacaqsa, Laçın dəhlizi bağlanmalı, rus qoşunları da Azərbaycandan çıxarılmalıdır” “Təklif edirəm ki, ölkəmizin protokol proqramına Qənimətlər Parkını ziyarət də salınmalıdır. İlk olaraq isə bu prosedur Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun bir neçə gün sonra Bakıya nəzərdə tutulan səfərində icra edilməlidir”. Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin Mətubat xidmətinin rəhbəri beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Feysbuk hesabında qeyd edib. Məlum təkliflə bağlı politoloq Natiq Miri fikrilərini bölüşüb. Onun sözlərinə görə, sözügedən prosedurun protokol proqramına salınmasının iki dövlət arasındakı münasibətlərə ciddi təsiri yoxdur: “Həqiqətən də bu protokol Rusiya Xarici işlər naziri, erməni mənşəli Lavrova göz dağı vermək xarakteri daşıyırsa, bu, cəmiyyətimizin ürəyinə su səpmiş kimi olsda da, mahiyyət etibarı ilə heç nə dəyişməyəcək. Düşünürəm ki, belə təkliflərin dövlət səviyyəsində protokola salınması və razılaşdırımasındansa, Lavrovdan bir çox sualın cavabı alınmalıdır.

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

Reklam və Sponsorluq üçün : +994703993420

≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔≔

Bizi sosial şəbəkələrdə izləyin.

İnstagram : https://bit.ly/3940FuA

Tik Tok : https://bit.ly/2OOr8Wm

Facebook : https://bit.ly/3f76OtR

Twitter : https://bit.ly/3cTRUVh

Bax Tv : https://bit.ly/3968YpX

Nə düşünürsən?