Vətəni xilas edən kasıblar gedib Qarabağda işləsinlər

  • 27.12.2021
  • 0

"Tələbələr könüllü olaraq Qarabağda tikintidə işləyə bilər. Onlar pul da istəməyəcəklər"
İki övladı polis rəisi olan deputat Aqil Abbas Milli Məclisdə çıxışı zamanı belə deyib.
Sitat: “Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir. Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər. Qarabağda müharibəyə gedənlər pulla gedirdilər?”

Nə düşünürsən?