Livanlı aşpaz “Şah plov” hazırladı

  • 09.08.2023
  • 0

“Instagram”, “TikTok” kimi məşhur sosial şəbəkələrdə milyonlarla abunəçisi olan Abir Əl-Sağir adlı livanlı aşpaz Azərbaycan mətbəxinin şah əsərlərindən olan “Şah plov” hazırlayıb.

24 yaşlı aşpaz “Şah plov”u “Sarı gəlin” nəğməsinin sədaları altında təqdim edib.

Video qısa müddət ərzində bir milyona yaxın baxış qazanıb.