Ukraynalı deputatlar Ağdama səfər edib
10 baxış
Son xəbərlər
Ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri Ermənistan işğalından azad olunan Ağdam şəhərinə səfər edib.
Onlar Ağdamda erməni vəhşiliklərinin şahidi olub.
Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndə heyətinə Ağdamın tarixi, indiki vəziyyəti haqqında məlumat verib.
Məlumatda Ağdam adının etimologiyası, eyni zamanda bu bölgənin respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olduğu qeyd edilib.
Həmçinin Ağdamın işğaldan sonra erməni vandalizmi nəticəsində talan edilərək viranə vəziyyətinə salınması vurğulanıb. İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar ermənilər tərəfindən təhqir edilib.
Eyni zamanda qonaqlar Ağdam cümə məscidini də ziyarət ediblər. Burada onlara məscidin tarixi barədə müəyyən məlumatlar verilib. İşğal altında olan zaman ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə etmələri bildirilib.
Nümayəndə heyəti Ağdam şəhərinin mərkəzi küçəsi, həmçinin mehmanxananın, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə də tanış olub.
Ağdam şəhərinin Baş planı ilə tanış olan qonaqlara həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib. Prezident İlham Əliyev tərəfindən mayın 28-də Ağdama səfər zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlinin qoyulduğu qeyd edilib.
Qeyd edək ki, nümayəndə heyəti stendlərdə Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrastrukturu ilə tanış olublar.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.